19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM “Dubai FinTech Summit 2025” tədbirində iştirak edib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dubayda keçirilən “Dubai FinTech Summit 2025” tədbirində iştirak edib.

Mərkəzin məlumatına görə, icraçı direktor "Şirkətlər, maliyyə sistemləri və ümumi iqtisadiyyat: qlobal rəqəmsal innovasiya sistemlərinin transformasiyası" adlı paneldə çıxış edərək Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya təşəbbüsləri və maliyyə texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

“Dubai FinTech Summit 2025” maliyyə texnologiyaları sahəsində liderləri, innovatorları və siyasətçiləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirdir. Dubai International Financial Centre (DIFC) tərəfindən təşkil olunan sammit texnologiya vasitəsilə daha əlçatan və inklüziv maliyyə xidmətlərinin təşviqini hədəfləyir.

Tədbirdə 100-dən çox ölkədən 8 mindən artıq iştirakçı, 300-dən çox spiker və 1000-dən artıq investor iştirak edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?