Misir Ərəb Respublikası ilə iqtisadi əməkdaşlığın şaxələndirilməsi müzakirə edilib
Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniya əl-Məşatla görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyətini qeyd etdik.
Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb:
"Ticarət, investisiya, enerji, KOB, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik", - nazir qeyd edib.
