13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Növbəti hərracda 68 nəqliyyat vasitəsi satılıb

Növbəti hərracda 68 nəqliyyat vasitəsi satılıb

Mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətinin məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 000 manata, 3 600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8.344 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?