23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” tərəfindən Geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

“AzerGold” tərəfindən Geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

“AzerGold” QSC tərəfindən Azərbaycanda ilk dəfə geoloji kəşfiyyat məlumatlarının real vaxt rejimində toplanması, emalı, arxivləşdirilməsi və idarə olunmasını təmin edən Geoloji kəşfiyyat informasiya sistemi yaradılaraq istifadəyə verilib.

QSC-nin məlumatına görə, yeni proqram təminatı “AzerGold”un biznes proseslərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi sahəsində fəaliyyəti çərçivəsində geoloji tədqiqatların operativliyini və səmərəliliyini artırmaq məqsədi daşıyır.

Sözügedən sistem iki əsas komponentdən – veb əsaslı proqram təminatı və mobil tətbiqdən ibarətdir. Veb əsaslı proqram təminatı stasionar şəraitdə məlumatların emalı, idarə olunması və hesabatların hazırlanması funksiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Bu platforma vasitəsilə geoloji məlumatların strukturlaşdırılması, arxivləşdirilməsi, müxtəlif formatlarda axtarış və çeşidləmə funksiyaları, habelə xəritə əsaslı vizualizasiya və təhlil imkanları təmin olunur.

Veb sistem informasiya axınını sinxronlaşdırır, məlumat təhlükəsizliyini təmin edir.

Mobil tətbiq isə sahə şəraitində, xüsusilə geoloji kəşfiyyat və nümunə toplama proseslərində istifadə üçün nəzərdə tutulub. Bu tətbiq geoloqlara koordinatların qeydiyyatı, foto və mətn məlumatlarının əlavə olunması, nümunələrin təsnifatı və digər funksiyaları yerinə yetirməyə imkan verir.

Mobil tətbiq oflayn rejimdə də işləmə qabiliyyətinə malikdir və internet bağlantısı bərpa olunduqda məlumatlar avtomatik olaraq əsas sistemə ötürülür.

Ümumilikdə proqram təminatı həm yerli, həm də beynəlxalq hesabatlılıq standartlarına uyğunluğun təmin edilməsində mühüm rol oynayır və gələcəkdə geoloji məlumatların daha geniş spektrdə istifadəsinə imkan yaradır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?