19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkında yaradılan iki yeni müəssisə tərəfindən 200-ə yaxın iş yeri yaradılıb

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayan “Kartaş Kimya” və “Az-Tex-İmport” müəssisələrin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb.

İlkin mərhələdə müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkədə mövcud sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə çatıb.
Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan “Kartaş Kimya” tikinti kimyəvilərinin istehsalı müəssisəsində məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodda hazırda 102 nəfər işlə təmin edilib.

“Az-Tex-İmport” müəssisədə isə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Layihənin hər iki mərhələ üzrə ümumi investisiya dəyəri 19,2 milyon manatdan çoxdur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?