17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartları qəbul edilib.

İnstitutun məlumatına görə, bu standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Yeni dövlət standartlarının qəbulu qablaşdırma tullantılarının zərərli təsirlərinin qarşısının alınması, o cümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekoloji tarazlığı təmin edəcək.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?