17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İyun ayında vətəndaşlara 6,9 milyon manat həcmində ipoteka krediti verilib

Bu ilin iyun ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ölkədə fəaliyyət göstərən banklar tərəfindən 6,9 milyon manat həcmində ipoteka krediti verilib. "APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, may ayı ilə müqayisədə 2,9 dəfə və ya 13,3 milyon manat azdır. Cari ilin yanvar-iyun aylarında banklar tərəfindən 100,7 milyon manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2 faiz və ya 16,7 milyon manat azdır.

İyun ayında Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi əvvəlki aya nisbətən 33,6 faiz və ya 7,1 milyon manat azalıb. Cari ilin yanvar-iyun ayları ərzində isə Fondun yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin ümumi həcmi 135,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz və ya 27,3 milyon manat çoxdur.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?