21 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra güzəştlərdən faydalana bilərlər

Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən göstərilən müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər.

Agentliyin məlumatına görə, KOBİA tərəfindən təqdim edilən “KOB klaster şirkəti şəhadətnaməsi” alan sahibkar 7 il müddətinə:

- mənfəət və ya gəlir vergisindən tam azad edilir;

- torpaq və əmlak vergisindən tam azad olunur;

- müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur;

- KOB klasterin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur.

KOBİA tərəfindən isə klasterləşməyə aşağıdakı istiqamətlərdə dəstək göstərilir:

- informasiya və məsləhət xidməti;

- KOB klasterin funksional xəritəsinin hazırlanması;

- KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanması;

- KOB klasterin iştirakçısının tapılması.

Sahibkarlar klasterləşmə ilə bağlı yuxarıda qeyd edilən dəstəklər üçün KOBİA-ya elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi üzərindən birbaşa (https://smb.gov.az/az/contact-form/aze-citizen) müraciət edə bilərlər.

Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?