16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sahədə ümumi məhsul istehsalı artıb

Bu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1601,6 milyon manat təşkil edib ki, onun da 1510,1 milyon manatı heyvandarlıq, 91,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 13 faiz artıb.

Cari ilin ilk rübündə quş əti də daxil olmaqla diri çəkidə 141,6 min ton ət, 502,8 min ton süd, 583,1 milyon ədəd yumurta istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, yumurta istehsalı 2 faiz artıb, süd istehsalı isə 0,3 faiz azalıb.

Təsərrüfatlarda yanvar-mart aylarında 110,1 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 14 faiz çox tərəvəz məhsulları istehsal edilib.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?