15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Astara Terminalının inşası üzrə işlərin böyük hissəsi tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görüb.

QSC-nin məlumatına görə, terminalın layihələndirmə işlərinin 85 faizi, tikinti-quraşdırma işlərinin isə 72,4 faizi başa çatdırılıb. Astara stansiyasından İran İslam Respublikası ilə sərhədə qədər 8,3 km dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90 faizi başa çatıb.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunan razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Terminal İranın Astara şəhərində, Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran hökuməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?