24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası keçirilib YENİLƏNİB

Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib. İclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda ökəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye müəssisələrinin qurulduğu, qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində mühüm nailiyyətlər əldə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının qısa zaman içərisində qurularaq investorların istifadəsinə verilməsi və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsi böyük önəm daşıyır. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.

İclasda ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə etdik.

-----

11:33

Həmkarlarla birlikdə Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclasında iştirak etdik.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb:

"Ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə etdik", - nazir bildirib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?