24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark – Ağsu Aqroparkı

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark – Ağsu Aqroparkı

Aprelin 8-də İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağsu Aqroparka mediatur təşkil edilib.

“Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev media nümayəndələrinə Ağsu Aqroparkda görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ağsu Aqropark 2018-ci ildən fəaliyyətə başlayıb. Heyvandarlıq və bitkiçilik Aqroparkın əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Ümumi ərazisi 1843 hektar olan Aqroparkın layihə dəyəri 18 milyon manatdan çoxdur.

Сari ildə Aqroparkın 1843 hektar sahəsində əkin işləri həyata keçirilib ki, bunun da 600 hektarında buğda, 600 hektarında arpa, 400 hektarında qarğıdalı, 200 hektarında isə yonca əkilib.

Ağsu Aqropakda Niderland, ABŞ, İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində təcrübəsindən geniş istifadə edilir ki, bu da öz növbəsində yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.

Aqroparkın təsərrüfat sahələrinin suvarılmasında müasir suvarma sistemləri tətbiq edilir. Belə ki, 1843 hektar sahənin 1500 hektarından çox hissəsində pivotaltı suvarma sistemi quraşdırılıb.

Heyvandarlıq təsərrüfatının inkişafına böyük önəm verən Ağsu Aqroparkda hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. İndiyədək təqribən 15 milyon litrdən çox süd istehsal edilib.

Ötən il Ağsu Aqroparkda 4 milyon litr süd, 360 ton ət istehsalı həyata keçirilib.

Aqroparkın heyvandarlıq təsərrüfatında əsasən Avstriya və Almaniyadan olan Simmental cinsli heyvanlar bəslənilir. Bu heyvanlar da öz süd vermə qabiliyyətinə görə digər heyvanlardan fərqlənir. Bir inək orta hesabla 26 litr süd vermək gücündədir.

Ağsu Aqropark əhalinin məşğulluq səviyyəsinin də yüksəldilməsinə mühüm töhfə verən təsərrüfat sahələrindədir. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması