24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək TAP-la Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz tədarük edilib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə etibarlı enerji təchizatında təbii qazın və infrastrukturların inkişafının əhəmiyyəti, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsi prosesinin cari vəziyyəti nəzərdən keçirilib. Cənub Qaz Dəhlizinin, o cümlədən TAP-ın enerji təhlükəsizliyinin təminatında strateji rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, TAP qaza olan tələbatın İtaliyada 15 faizini, Yunanıstanda isə 18 faizini təmin edir. İndiyə qədər Avropaya ümumilikdə 45 milyard kubmetrdən çox qaz tədarük edilib.

Söhbət zamanı 2026-cı ildən etibarən kəmərin 1,2 milyard kubmetr genişləndirilməsindən sonra növbəti nəzərdə tutulan addımlar, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı müzakirələr aparılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?