25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dəniz nəqliyyatı ilə yükdaşımalar üzrə göstəricilər açıqlanıb

Dəniz nəqliyyatı ilə yükdaşımalar üzrə göstəricilər açıqlanıb

Bu ilin yanvar-fevral aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 1 463,8 min ton təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisini 14,9 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, yüklərin 47,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2369,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1856,9 min tonunu və ya 78,4 faizi tranzit yüklərin payına düşüb.

Cari ilin mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 143,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 4,2 min nəfər təşkil edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması