16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir

Biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir.

Agentliyin məlumatına görə, təkcə 2024-cü ildə Agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 faizini gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30 faizindən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 faizi gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən “Gənclərin biznes emalatxanası” və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən “Bizdən biznesə” layihələrindən 60 gənc faydalanıb.

Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

Qeyd edək ki, Azərbaycan əhalisinin 23 faizə yaxınını gənclər təşkil edir.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?