18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, sığorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir. Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib.

Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə çoxdur. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ildə fermerlərin aqrar sığorta barədə məlumatının daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi və təbiət hadisələrinin tezliyinin artması sığorta ödənişlərinin kəskin artımına səbəb olub.

Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib.

Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma halları olub. Belə ki, 2024-cü ildə meyvə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlif meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir.

Xatırladaq ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu, 2023-cü illə müqayisədə 2 milyon manat artıqdır.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?