15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk universitet və ilk təşkilat DİF-in "Strategic Intelligence" platformasına qoşulub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığı çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Forumun “Strategic Intelligence” (Strateji zəka) platformasına məzmun təminatçısı kimi üzv olublar.

BMU “Strategic Intelligence” platformasında məzmun təminatçısı statusunu alan ilk Azərbaycan universiteti, CESD isə ilk yerli təşkilatdır.

Qeyd edək ki, platformanın qeydiyyatdan keçmiş istifadəçi sayı 1 milyondan çoxdur. Burada Harvard, Yel, Oksford universitetləri və KAİST də daxil olmaqla 400-dən çox məzmun yaradan akademik tərəfdaş var.

“Strategic Intelligence” yüzlərlə qlobal problem və onların qarşılıqlı xəritəsini özündə birləşdirən platformadır. Süni intellekt əsaslı bu platforma hər hansı bir mövzuda əsas məsələlər üzrə daha geniş perspektivli məlumatlar əldə etməyə və həmin mövzularla bağlı əsas tendensiyaları başa düşməyə imkan verir. Məlumat “transformation map” adlanan interaktiv, dinamik məlumat vizuallaşdırması şəklində təqdim olunur. Transformasiya xəritələri ümumilikdə 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər qlobal problemlər arasında əlaqələri araşdırmağa və anlamağa kömək edir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?