10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sabahdan "Sosial layihələr" müsabiqəsi üzrə layihələrin qəbuluna başlanılır

Sabahdan "Sosial layihələr" müsabiqəsi üzrə layihələrin qəbuluna başlanılır

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi avqustun 1-dən etibarən "Sosial layihələr" müsabiqəsi üzrə layihələrin qəbuluna başlayır. Fondun ictimaiyyət üçün hazırlanmış məlumatında qeyd olunur ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsi elan edib. Müsabiqə vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması, sosial inkişafa yönələn ideya və təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi ilə ölkəmizin inkişafına töhfə verməyə yönəlib.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu avqustun 1-dən 20 noyabr 2019-cu il saat 18:00-dək "Regional İnkişaf" İctimai Birliyinin rəsmi internet səhifəsində (www.riib.az) həyata keçiriləcək və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək. Müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanlarınyaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Müsabiqəyə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər.

Müsabiqənin qaydaları ilə www.riib.az internet saytında tanış olmaq və (012) 488 01 50, (050) 600 01 50 telefon nömrələri və "150" Çağrı Mərkəzinə müraciət etmək olar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?