15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistan və Azərbaycanın biznes icmaları perspektivli layihələrin təşviqi barədə razılığa gəliblər

Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı ilə 257 müəssisə, o cümlədən 56 müştərək müəssisə və 100 faiz Azərbaycan kapitalı ilə 201 müəssisə fəaliyyət göstərir.

Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, bu barədə nazir Laziz Kudratovla Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev arasında keçirilən görüşdə bildirilib.

Görüşdə şəhərsalma, turizm və kənd təsərrüfatı sahələrində əvvəllər razılaşdırılmış layihələrin icrası ilə bağlı məsələlər müzakirə edilib. Tərəflər yeni investisiya layihələrinin dəstəklənməsi üçün qarşıdakı birgə addımlar və iki ölkənin biznes icmaları arasında perspektivli layihələrin təşviqi planları barədə razılığa gəliblər.

Görüşün yekununda cari ilin birinci yarısında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının keçirilməsi ilə bağlı qarşılıqlı tədbirlər də razılaşdırılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?