17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbərbaycanda yeni növ tranzit yükün nəqlinə başlanılıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC yeni növ tranzit yükün nəqlinə başlayıb.

MMC-dən verilən məlumata görə, "ADY Express" və Bakı Limanının birgə əməkdaşlığı nəticəsində, ilkin həcmi 40 min ton olan yeni növ tranzit yükün - nitrat ammoniumun (selitra) daşınması Gürcüstan tərəfi ilə razılaşdırılıb və bu yükün nəqlinə başlanılıb. Ekspeditor rolunda çıxış edən "ADY Express" şirkəti Gürcüstanın Rustavi şəhərindən 126 vaqondan ibarət olan selitranın ilk göndərişini Ələtdəki yeni Bakı Limanına çatdırılmasını həyata keçirib. Limanda isə 8.800 ton selitranın 2 gəmiyə aşırılması uğurla reallaşdırılıb və yük Türkmənbaşı Limanına yola salınıb. Razılaşmaya əsasən, ilkin həcmin (40 min ton) avqustda nəqli həyata keçirildikdən sonra cari ilin sonunadək eyni marşrutla əlavə 80 min ton selitra yükünün daşınması nəzərdə tutulur.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?