19 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Made in Azerbaijan” brendinin inkişafı imkanları müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da ADA Universiteti və İtaliyanın Luiss Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə tərəflər arasında “Made in Azerbaijan” brendinin inkişafı və təhsil sahəsində strateji tərəfdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin əsas fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər, eləcə də "Made in Azerbaijan" brendinin beynəlxalq bazarlarda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bununla yanaşı, ölkədə investorlar üçün yaradılmış əlverişli biznes mühiti və bu sahədə aparılan islahatlar diqqətə çatdırılıb.

Luiss Universitetinin nümayəndələri ali təhsil müəssisəsinin İtaliyanın biznes sektoruna bağlılığı, ixrac və investisiya sahəsindəki təcrübələri barədə danışıblar. Görüşdə Luiss Universiteti ilə AZPROMO arasında potensial tərəfdaşlıq sahələrindən də bəhs edilib. Bu müstəvidə Agentlik tərəfindən həyata keçirilən "İxrac Akademiyası" layihəsinin inkişaf etdirilməsi, azərbaycanlı sahibkarlar üçün xüsusi təlim proqramlarının hazırlanması və İtaliya ilə Azərbaycan arasında işgüzar forumların keçirilməsi məsələləri nəzərdən keçirilib.

Görüşün sonunda tərəflər biznes və akademik sahədə əlaqələrin daha da genişləndirilməsi üçün praktiki addımlar atmağa razılaşıblar.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?