16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində 1.359.162 manat sığorta haqqı toplanıb

Bu ilin I yarısında Azərbaycanın "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərən 12 sığorta şirkəti 18.837 sığorta şəhadətnaməsi satıb və 1.359.162 manat sığorta haqqı toplayıb. İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16 faiz və 15 faiz çoxdur. Son 1 ildə "Yaşıl Kart"la bağlı sığorta hadisələrinin sayı isə 5,8 faiz artaraq 219-a çatıb.

Yanvar-iyun aylarında İSB "Yaşıl Kart" sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 işin icraatını davam etdirib. Bu, illik müqayisədə 42 faiz azdır və Büronun sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir. Xatırladaq ki, "Yaşıl Kart" beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?