19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti ilə bağlı təlimat hazırlanıb

Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin mahiyyəti və istifadə qaydaları barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, bu elektron xidmətdən istifadə edilməsinə dair maarifləndirici təlimat hazırlanıb və ƏMDX-nin saytında yerləşdirilib.

Təlimatda elektron xidmətin istifadəsi və müraciətin rəsmiləşdirilməsi qaydaları, tələb olunan sənədlər, baxılma proseduru və mərhələlərlə bağlı zəruri məlumatlar yer alıb. Məqsəd müraciət edən torpaq mülkiyyətçiləri tərəfindən daxil olan sənədlərin tam və düzgün tərtib olunmasına, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılmasına nail olmaqdır. Həmçinin, təlimat vasitəsilə mülkiyyətçilərin müraciətlə bağlı yarana biləcək sualları aydın formada və sənəd nümunələri ilə cavablandırılıb.

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin istifadəsinə dair təlimatla https://bit.ly/416l0en linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, müraciətlərin düzgün qəbulu, etibarlılığı və vaxtında cavablandırılması üçün müraciət edən subyektlər qanunla müəyyən edilmiş elektron imzalara sahib olmalı, əlavə olunmalı sənədlərin tamlığı və dürüstlüyü təmin edilməlildir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?