18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA sahibkarları sahəvi görüşlər və maarifləndirici tədbirlərdə iştiraka dəvət edir

Sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, dövlət dəstəyi mexanizmləri barədə biznes subyektlərinin məlumatlandırılması, çətinlikləri və ehtiyaclarının öyrənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur.

Agentliyin məlumatına görə, görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər.

Eyni zamanda sahibkarlar onları maraqlandıran mövzularda sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər.

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi alətləri, biznes sahəsində yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, ehtiyacları və təklifləri dinlənilir, sahibkarları maraqlandıran suallar yerində birbaşa dövlət qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir.

Qeyd edək ki, 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakı şəhərində və bölgələrdə 121 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3000-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən çayçılıq, üzümçülük, istixana, şərabçılıq, heyvandarlıq, quşçuluq, yaşıl enerji, ekoturizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac, reklam və digər fəaliyyət istiqamətlərini əhatə edib.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?