7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndirilir

Aqrar Subsidiya Şurası kənd təsərrüfatında yeni texnologiyalar və innovasiyaların tətbiqini dəstəkləmək məqsədilə yeni qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qərara əsasən, bir dəfəyə məxsus əkin subsidiyası almaq üçün 2025-ci il mayın 31-dək minimum 15 hektar sahədə salınacaq və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunan çay plantasiyaları, üzüm, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, püstə, alma, armud, xurma (xirnik), badam, qoz, dağlıq və dağətəyi ərazilərdə salınacaq fındıq bağlarında iqlim stansiyalarının quraşdırılması zəruridir.

İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Stansiyada mövcud olan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayaraq fermerə ötürür. Bu isə müasir intensiv bağlarda yarana biləcək risklərə qarşı vaxtında preventiv tədbirlər görməyə, riskləri azaltmağa imkan verir. Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, eyni zamanda fermerlər xərclərini optimallaşdıra bilirlər.

İqlim stansiyalarının istifadəsi su resurslarından səmərəli istifadəni də təmin etmiş olur. Bu sistem sayəsində fermerlər təsərrüfatın hansı hissəsində və nə qədər suya ehtiyac yarandığını əvvəldən bilir və suvarmada tələb olunan qədər su sərf etməklə israfa yol vermirlər. Aqrar Subsidiya Şurasının bu qərarı bağlarda iqlim stansiyalarının tətbiqinin genişlənməsini stimullaşdıracaq.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?