6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq.

Bu sözləri jurnalistlərə açıqlamasında bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, texniki-iqtisadi əsaslandırma hazırdır, müqavilə öhdəlikləri imzalanıb, layihənin yekun maliyyə qərarının (FID) bu il verilməsi gözlənilir.

“Ərazinin minalardan təmizlənmə prosesi başa çatıb. Sertifikasiya olandan və kontraktlar bağlanandan sonra avadanlıqlar seçiləcək. Bunlardan sonra müddət də müəyyən olunacaq”,- deyə B.Aslanbəyli bildirib.

Qeyd edək ki, COP çərçivəsində icrasına təkan verilən Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?