24 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il yanvarın 15-dən etibarən “yaşıl istiqraz”ların buraxılışına start verir.

SOCAR-dan bildirilib ki, nominal dəyəri 1000 (min) dollar olan istiqrazlar sahiblərinə illik 6 faiz gəlir qazandıracaq. Ümumi buraxılış məbləği 200 milyon dollar olan və 5 illik müddətə buraxılan “yaşıl istiqraz”ların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. SOCAR-ın “yaşıl istiqraz”larını əldə etmək üçün son tarix 2025-ci il fevralın 28-dir.

İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətinin bərpaolunan layihələrinə və investisiyalarına sərf ediləcək.

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün yaşıl enerjinin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir.

Anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkəti olan “yaşıl istiqraz”ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. SOCAR istiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?