17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlin ilk hərracı: müəssisə və nəqliyyat vasitələri özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə, 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən müəssisə "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 6.150.000 manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.

Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6.750 manat olan “Sobol” markalı avtomobil 10.000 manata, 11.250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri