16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 966:2024 “Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi. Ümumi tələblər” yeni dövlət standartı qəbul edilib.

İnstitutun məlumatına görə, sözügedən dövlət standartının qəbul edilməsində məqsəd sosial xidmət və reabilitasiya müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, fərdi reabilitasiya tədbirlərinin təkmilləşdirilməsi, xidmətlərdən yararlananların ehtiyaclarının daha yaxşı qarşılanması, qida normalarının vahid tələblərə uyğunlaşdırılması və bu sahələrdə müasir yanaşmaların tətbiq edilməsindən ibarətdir.

Yeni dövlət standartının tətbiqi sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və onların rifahının yüksəldilməsinə geniş imkanlar yaradacaq.

Yeni dövlət standartı “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?