16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gənc startaplar və sahibkarlar bir arada

İnnovasiyalar Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə gənc startaplar və sahibkarlar üçün Bakıda "Start it UP! w/Tal Catran" adlı görüş keçirilib.

Agentlikdən bildirilib ki, "TC Holdings" platformasının qurucusu, israilli mütəxəssis Tal Catranın iştirakı ilə keçirilən görüşdə öz təcrübələrini bölüşməkdən çox startapların və sahibkarların biznesdə etdiyi səhvlər haqqında ətraflı söhbətlər aparılıb, dəyərli məsləhətlər verilib.

T.Catran bu platforma üzərindən bir çox startapın, software və hardware proqram təminatı sistemlərinin, həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. O, biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. T.Catran, həmçinin bir sıra sənaye və iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə də böyük motivasiya mənbəyidir. O, bundan öncə Bakıda "İKT-də xanımlar" mövzusunda seminarda iştirak edib.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?