Agentlikdən bildirilib ki, "TC Holdings" platformasının qurucusu, israilli mütəxəssis Tal Catranın iştirakı ilə keçirilən görüşdə öz təcrübələrini bölüşməkdən çox startapların və sahibkarların biznesdə etdiyi səhvlər haqqında ətraflı söhbətlər aparılıb, dəyərli məsləhətlər verilib.
T.Catran bu platforma üzərindən bir çox startapın, software və hardware proqram təminatı sistemlərinin, həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. O, biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. T.Catran, həmçinin bir sıra sənaye və iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə də böyük motivasiya mənbəyidir. O, bundan öncə Bakıda "İKT-də xanımlar" mövzusunda seminarda iştirak edib.