10 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin Azərbaycanda regional logistika anbarlarının yaradılmasında maraqlıdır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri barədə məlumat verib. Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi istiqamətində AZPROMO-nun hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

CAFIEC-in vitse-prezidenti Vanq Veivey işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt mexanizmlərinin investisiya mühitinin cəlbediciliyini artırdığını vurğulayıb. O, bu ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə və Azərbaycanda regional logistika anbarlarının yaradılmasında maraqlı olduqlarını bildirib.

Görüş çərçivəsində Azərbaycanda boru sənayesi, sanitariya avadanlıqları və keramika məhsullarının istehsalı, logistika sahələrinə investisiyaların cəlb edilməsi imkanları, həmçinin bu sahələrdə tərəfdaşlıq perspektivləri, investisiya layihələrinin reallaşdırılması və birgə fəaliyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?