13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla görüş keçirilib

Ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlak bazarında satılan ətriyyat-kosmetika vasitələri ilə bağlı müşahidə olunan pozuntuların dövlət-özəl tərəfdaşlığı çərçivəsində müzakirəsi və onların aradan qaldırılması məqsədilə ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarların iştirakı ilə maarifləndirici görüş keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, həmçinin ətriyyat-kosmetika mallarının satışı xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Görüş zamanı sözügedən bazarda mövcud olan çatışmazlıqlar və onların həlli yolları, istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?