11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

29 kiçik dövlət müəssisəsi və 19 səhmdar cəmiyyəti özəlləşdirməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac avqustun 27-də keçiriləcək.

Komitədən bildirilib ki, budəfəki hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14,8 kvadratmetr ilə 9,2 min kvadratmetr arasındadır. Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin filialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621,6 kvadratmetrdir. Dövlət əmlakı 668,3 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla yanaşı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 47 kvadratmetr olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Bu növ dövlət əmlakları xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında "Sabirabad İnşaat Sənaye", "Oğuz kəndkimya", "Kürdəmir Quşçuluq" və digər səhmdar cəmiyyətləri var. Budəfəki hərracda avtomobil almaq istəyənlər seçimlərini buraxılış tarixi 2005-2009-cu illər olan nəqliyyat vasitələri üzrə edə bilər. Qeyd edək ki, bu avtomobillər "Hyundai", "BMW", "Fiat" və digər markalara aiddir.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda tətbiq olunan elektron imkanlar şəffaf və rahat mühiti təmin edir. Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilərlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?