12 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müştərilərin virtual məkanda eyniləşdirilməsi platforması qurulacaq

Gələn ildən Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarından dələduzluq halları ilə bağlı statistik məlumatların verilməsini tələb edəcək. Bu barədə AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov jurnalistlərə açıqlamasında məlumat verib.

R.Mahmudov bildirib ki, Mərkəzi Bank fırıldaqçılıq hallarının qarşısının alınması üçün banklarla aktiv iş aparır: “Əsas məqsəd müştərilərin hüquqlarının qorunması, bu istiqamətdə banklara texnoloji dəstəyin göstərilməsidir. Digər tərəfdən, vacib məqamlardan biri də hər kəsin öz vəsaitinə əmlakı kimi baxaraq ona qarşı daha diqqətli davranmasıdır. Yəni kart məlumatlarını, vətəndaşa göndərilən birdəfəlik şifrələri, kodları paylaşmaq olmaz. Bir dəfə yanlışlığa yol verdikdə artıq fırıldaqçılığın qarşısını almaq, həmin vəsaitin geri qaytarılması çox çətin olur. Çünki bu, müştərinin birbaşa iradəsi ilə həyata keçirilən əməliyyatdır”.

Bank hesablarının qorunmasının daha da gücləndirilməsi üçün digər bir layihənin reallaşdırıldığını deyən R.Mahmudov gücləndirilmiş müştəri identifikasiyasının tətbiq edildiyini bildirib və bunun fırıldaqçılar üçün ciddi maneə olduğunu vurğulayıb: “Biometrik məlumatlar yalnız müştərinin özünün iştirakı ilə həyata keçirilən bir xidmətdir. Artıq fırıldaqçılar üçün bu məlumatları əldə etmək və bundan istifadə etmək bir az mürəkkəb olur. Çünki üz tanınması üçün vətəndaş bunu mütləq qaydada onlayn identifikasiya etməlidir. Ona görə bu, artıq prosesi çətinləşdirir. Texnoloji yeniliklər, prosedurlarda tətbiq edilən dəyişikliklər müştərilərin fərdi məlumatlarına üçünçü şəxslərin daxil olmasını əngəlləyən proseslərdir. Artıq banklar tərəfindən bu yeniliklər tətbiq olunur. Növbəti mərhələdə isə bu proseslər daha da gücləndiriləcək”.

R.Mahmudovun sözlərinə görə, Mərkəzi Bank müştərilərin virtual məkanda eyniləşdirilməsi platformasının qurulması layihəsinə başlayacaq: “Bu, qlobal trenddir. Bu gün müştərilərin eyniləşdirilməsinin biometrik üsullarını həyata keçirməyə üstünlük verilir. Çünki bu, həm ucuz başa gəlir, həm də vahid platformanın olması məlumatları anında eyniləşdirməyə imkan verir. Burada artıq fırıldaqçılığa yer qalmır. Ancaq tək elektron imzadan istifadə edildikdə fırıldaqçılar həmin imzanı müxtəlif yollarla əldə edib vətəndaşların adından bank əməliyyatlarını həyata keçirə və dələduzluq edə bilərlər. Bu baxımdan videogörüntünün alınması indiki şəraitdə vacibdir”.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur? VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər