14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aleksey Overçuk: “Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb”

Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Elə dünən RF hökumətinin sədri Mixail Mişustin bu məsələni qaldırıb.

Bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qitəmizin şimal bölgələri, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamət olduğunu vurğulayıb.

“Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətində yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi hərtərəfli nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”, -deyə A.Overçuk bildirib.

Rusiya hökuməti başçısının müavini qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana gedən qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.

A.Overçuk vurğulayıb: “Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu – müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?