19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin 10 ayında ölkəmizdə yaşıl enerji istehsalı 80 faizdən çox artıb

Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 23 847,3 mln. kVt·st olub.

Hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532,0 mln. kVt·st, SES-lərdə 2 563,0 mln. kVt·st, digər mənbələr üzrə isə 752,3 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 515,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 066,0 mln. kVt·st (İES-lərdə 18 676,4 mln. kVt·st, SES-lərdə 2 389,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 411,0 mln. kVt·st (İES-lərdə 199,8 mln. kVt·st, SES-lərdə 157,3 mln. kVt·st, Günəş ES-də 53,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 336,1 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 247,6 mln. kVt·st, idxalı isə 150,8 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 060,9 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 12,02 mln. kVt·st, idxalı isə 11,4 mln. kVt·st təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?