22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank faizləri endirib

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 8,5 faizdən 8,25 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 10,25 faiz, aşağı həddi isə 6,25 faiz səviyyəsində müəyyən edilib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması nəzərə alınmaqla qəbul edilib: "Proqnozlar tələbin canlanması ilə əlaqədar olaraq 2019-cu ilin sonuna inflyasiyanın hədəfdən (4±2%) yüksək olacağını göstərir. İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin altı ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,4 faiz təşkil edib. Qeyri-neft sektorunda isə artım 3,2 faiz olub".

E.Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar sentyabr, oktyabr və dekabr aylarında veriləcək və gələcəkdə də faizlərin endiriləcəyi istisna deyil.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?