Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması nəzərə alınmaqla qəbul edilib: "Proqnozlar tələbin canlanması ilə əlaqədar olaraq 2019-cu ilin sonuna inflyasiyanın hədəfdən (4±2%) yüksək olacağını göstərir. İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin altı ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,4 faiz təşkil edib. Qeyri-neft sektorunda isə artım 3,2 faiz olub".
E.Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar sentyabr, oktyabr və dekabr aylarında veriləcək və gələcəkdə də faizlərin endiriləcəyi istisna deyil.