7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ekspert: Cari ildə dövlət büdcəsinin daxilolmaları artıb

Cari ilin ötən dövründə keçən ilin müvafiq ayları ilə müqayisədə dövlət büdcəsinin daxilolmalarında artım müşahidə edilib.

Bu sözləri AZƏRTAC-a İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, bu ilin birinci yarısında vergi daxilolmaları üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan çox vəsait ödənilib. Onun sözlərinə görə, vergi orqanları tərəfindən dövlət büdcəsinə 240 milyon manatadək vəsait daxil olub. Bu da proqnozlaşdırılan həcmdən 8,5 faiz çoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalarda artım müşahidə olunub.

V.Bayramov əlavə edib ki, qeyri-neft sektorundan büdcəyə daxil olan maliyyə vəsaitinin həcmi də artıb. Bu artım iqtisadiyyatın həmin sahəsinin inkişafının sürətlə getdiyini göstərir.

O vurğulayıb ki, vergi daxilolmalarının artması hesabına ölkə başçısı 2019-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə sənəd imzalayıb. Yeni sənədə görə, bir sıra maddələrdə dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, müdafiə xərcləri 150 milyon manat artırılıb. Bu artımlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır.

Vüqar Bayramov bildirib ki, sentyabrdan minimum əməkhaqqı və pensiyalar artırılacaq. Bundan başqa, təhsil sektorunda əmək haqlarının artırılması dövlətin sosial sahəyə diqqətinin göstəricidir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?