19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə müzakirələr aparılıb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Jin Liqun ilə görüşüb.

Nazir Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

AİİB-nin prezidenti Jin Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

-----

10:04

“COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşümüzdə ölkəmizin Bankla uğurlu əməkdaşlığı çərçivəsində icra edilən layihələrin səmərəli nəticələri, iqtisadi artımın stimullaşdırılmasında və yaşıl iqtisadiyyata keçiddə birgə fəaliyyətin perspektivləri barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?