15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Böyük Britaniyanın ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr və xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermorla görüşüb.

Qarşılıqlı strateji iqtisadi münasibətlərin intensiv inkişafından məmnunluq ifadə edilib. Böyük Britaniya ilə ticarət, investisiya və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib.

Görüşdə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülən əsas təşəbbüslər barədə məlumat verilib. Azərbaycanın qlobal təşəbbüslərə töhfələri və həyata keçirilən “yaşıl” layihələr yüksək qiymətləndirilib.

Tərəflər iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

-----

17:49

“COP29 çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşdük”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında bildirib ki, görüşdə yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, yaşıl sərmayələrin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələr aparılıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?