6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

Vergi ödənilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmələr baxacaq

Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, sahibkarlıqla bağlı mübahisələrə baxılması işinin təkmilləşdirilməsi məqsədilə bu fəaliyyətlə əlaqədar yeni ixtisaslaşmış məhkəmənin yaradılması artıq zamanın tələbinə çevrilib: "Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli zamanı operativliyin təmin olunması məqsədilə dövlətimizin başçısının təşəbbüsü ilə ötən ilin dekabrında qanunvericiliyə əsaslı dəyişikliklər edilib, o cümlədən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada, yalnız "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması müəyyən edilib. Eyni zamanda, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha operativ və səmərəli həllinin təmin edilməsi, məhkəmə icraatının effektivliyinin artırılması məqsədilə Fərmanda mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlil edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi ilə bağlı ali və apelyasiya məhkəmələri, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Ədliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinə tövsiyə və tapşırıqlar verilib".

Nazir qeyd edib ki, yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılması məqsədilə yeni ixtisaslaşmış məhkəmələr - kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. Hazırda həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.
F.Məmmədovun sözlərinə görə, yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur: "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq. 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq".

Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaq.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?