18 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Güzəştli kredit sayı və məbləğinin müvəkkil kredit təşkilatları üzrə bölgüsü açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında sahibkarların investisiya layihələrinə verilən güzəştli kreditlərin sayına görə 5 bank fərqlənib.

Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumatına görə, hesabat dövründə "Bank Respublika" üzrə kreditlərin sayı 1511 vahid, "Rabitəbank" üzrə 1041 vahid, "AccessBank" üzrə 714 vahid, "Yelo Bank" üzrə 444 vahid və "Aqrarkredit" üzrə 260 vahid təşkil edib.

Sahibkarlara verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarının siyahısına isə "Bank Respublika" (45 milyon manat), "Rabitəbank" (28,2 milyon manat), "AccessBank" (20 milyon manat), "Kapital Bank" (18 milyon manat) və "Yelo Bank" (16,3 milyon manat) daxildir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verilib. Sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri