15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Agentliyin məlumatına görə, yarmarkada Zaqatala və ətraf bölgələrdən olan 30-a yaxın KOB subyekti öz məhsullarını nümayiş etdirir və satışını həyata keçirir. Yarmarkada əsasən kənd təsərrüfatı və sənaye məhsulları, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, çərəzlər, konservlər, suvenirlər, müxtəlif əl işləri, xalça, dəri üzərində tikmələr, taxta üzərində oyma işləri və digər müxtəlif məhsullar təqdim olunur.

Tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov belə tədbirlərin bölgədə fəaliyyət göstərən KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası Mədəniyyət evinin qarşısında oktyabrın 13-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədi daşıyır. Bu tədbir KOB subyektlərinə yeni əməkdaşlıqlar qurmaq, B2B görüşlər keçirmək və satış bacarıqlarını inkişaf etdirmək imkanı da yaradır. Bundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki, Gəncə, Masallı və Naxçıvan şəhərlərində keçirilib. Ümumilikdə bu yarmarkalar çərçivəsində 300-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?