16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"ASAN ödəniş" sisteminin əhatə dairəsi genişləndirilir

Dövlət Gömrük Komitəsinin sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri "ASAN ödəniş" sisteminə inteqrasiya olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") bildirilib ki, bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək olar.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?