Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") bildirilib ki, bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini "ASAN ödəniş" sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək olar.