18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Şəfəq” GES Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək

Hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 14,4 faiz təşkil edir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumunda deyib.

O bildirib ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə artırılması planlaşdırılır.

“Bu istiqamətdə atılan ən böyük addımlardan biri ötən il 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsidir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və Qafqazda ən böyük günəş elektrik stansiyasıdır. Həmçinin, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələrdə enerji infrastrukturunun tamamilə “yaşıl” texnologiyalar əsasında qurulması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Məsələn, bir neçə gün öncə Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, “SOCAR Green” və “Azərbaycan İnvestisiya Şirkəti” arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin “yaşıl keçid” hədəfinin dəstəklənməsinə, Cəbrayılın iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək”, - deyə nazir müavini əlavə edib.

AZƏRTAC

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri