25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə Birgə İştirak Müqaviləsi imzalanıb

Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə Birgə İştirak Müqaviləsi imzalanıb

İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir.

Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, "SOCAR Green" və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək", - nazir əlavə edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması