19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kommunal abunəçi kodlarının ad dəyişdirilməsi tam elektronlaşdırılıb

Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq "mygov" platforması vasitəsilə mümkündür.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, vətəndaşlar "mygov" tətbiqi vasitəsilə "Azəriqaz", "Azərişıq" və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər. Əvvəllər vaxt və əlavə resurs tələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmiş şəkildə həyata keçirilir.

Vətəndaşlar "mygov" tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün "Əhali istehlakçısının adının dəyişdirilməsi" bölməsinə daxil olurlar. "Azəriqaz", "Azərişıq" və ya ADSEA üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin "mygov" hesabından götürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.

Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi "mygov" üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır.

Bu yenilik vətəndaşların vaxtına qənaət edir, dövlət xidmətlərinə çıxışı asanlaşdırır və tamamilə rəqəmsal mühitdə sürətli, effektiv xidmət almağa şərait yaradır.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi